Ruslan Abışov "Zirə" ilə vidalaşdı

Millinin sabiq üzvü Ruslan Abışov "Zirə"dən ayrılıb.

Sportline.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Ruslan Abışov 2021-ci ilin yayından "Zirə"də çıxış edirdi.

Azərbaycan milli komandasının sabiq üzvü son mövsümdə "qartallar"ın heyətində 2 rəsmi matçda meydana çıxıb.

Banner