Rüstəm Allahverdiyev: "Yoldaşlıq turnirilə bağlı danışıqlar gedir"

"Yoldaşlıq turnirilə bağlı şifahi danışıqlar gedir".

Bunu Sportline.az saytına açıqlamasında "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev Bakı klubunun Rusiyada keçiriləcək yoldaşlıq tunirində mümkün iştiraklından danışarkən deyib.

Klub rəsmisi hələ ki, heç bir rəsmi təklifin olmadığını bildirib: "Hələ rəsmi olaraq heç bir şey yoxdur. Sadəcə danışıqlar gedir. Bu uzun prosesdir. Çünki "Neftçi"nin qarşıda oyunları var. Baş məşqçimizin konkret proqramı var. Ona görə də nəsə deyə bilmərik. Danışıqlar bitəndən sonra məsələ dəqiqləşsə rəsmi açıqlama verəcəyik".

Qeyd edək ki, Rusiya mətbuatında "Neftçi"nin "Zenit", "Fənərbağça" və "Srvena Zvezda" ilə yoldaşlıq turnirində iştirak edə biləcəyi barədə xəbər yayılıb.

Banner