Rüstəm Orucov çətin rəqiblə üz-üzə

2-ci Avropa Oyunlarında cüdo yarışları davam edir.

Sportline.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə başlayıb. 

Azərbaycanın yarışdakı bayraqdarı 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlub edib.  O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Orucovun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olacaq.

Qadınların yarışında isə  Nuriyyə Axundova (63 kq) 1/16 finalda rumıniyalı Stefania Adelina Dobreyə  uduzaraq, mübarizəni dayandırıb.

Bu gün 73 kq çəkidəki daha bir cüdoçu Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvari ilə qarşılaşacaq. 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusu  medalsız qalıb.