Rüstəm Orucov finalda uduzdu

Cüdo üzrə seçmə komandamız Türkiyənin Antalya şəhərində Qran-pri turnirində qüvvəsini sınayır.

Sportline.az xəbər verir ki, seçməmiz 2-ci medalı aktivinə yazıdırıb. 73 kq çəki dərəcəsindəki təmsilçimiz Rüstəm Orucov ardıcıl olaraq, Koreya, Qambiya, Ukrayna və Rusiya idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə koreyalı rəqibi ilə bacara bilməyən Orucov komandamızın aktivinə gümüş medal yazdırıb.

Bunadək, 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Qeyd edək ki, Antalya “Qran-Prisi”ndə 75 ölkədən 485 cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.