Rüstəm Orucov üçün medal şansı

Azərbaycan cüdoçusu Rüstəm Orucov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə davam edən Böyük Dəbilqə turnirində bürünc medal görüşünə vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 29 yaşlı idmançı Salvador Roka (İspaniya) və Mikloş Unqvarini (Macarıstan) məğlub etdikdən sonra Xixmatillox Turayevə (Özbəkistan) uduzub. Təsəlliverici görüşdə Tsend-Oçir Tsoqtbaatarı (Monqolustan) üstələyən Orucov bürünc medal görüşünə vəsiqə qazanıb.

Çəkisini dəyişərək 73 kq-dan 81 kq-a keçən Hidayət Heydərov isə Ruslan Musayev (Qazaxıstan), Marsel Çerçea (Rumıniya) və olimpiya çempionu Həsən Xalmurzayevə (Rusiya) qalib gəlsə də, 1/4 finalda Anton Valua-Fortyeyə (Kanada) yenilib. O, təsəlliverici görüşdə isə Frank De Vitə (Niderland) uduzaraq, 7-ci yeri tutub.

İkinci yarış günündə mübarizə aparan digər cüdoçu Fəqan Quluzadə (81 kq) ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan millisi Böyük Dəbilqəyə 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb. İlk yarış günündə Orxan Səfərov (66 kq) gümüş medal qazanıb. Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə (66 kq) isə fəxri kürsüyə yüksələ bilməyib.