Rüstəm Orucov “World Masters”in qalibi oldu

Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Quançjou şəhərində keçirilən "World Master” turnirində qızıl medal qazanıb.

SportLine.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı mübarizəyə 1/8 finaldan başlayıb və ardıcıllıqla iranlı Məhəmməd Məhəmmədi, gürcüstanlı Laşa Şavdatuaşvilini, cənubi koreyalı Çan-Qrim Anomu məğlub edib.

Həlledici görüşdə isə rəqib Kanada təmsilçisi Artur Marjelido olub. Bu dueldən də qalib ayrılan R.Orucov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya tatami üzərinə çıxacaq.