"Sabah" Azərbaycan millisinin futbolçusunu transfer edib

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimovu transfer edib. 27 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Sumqayıt" olan Tellur Mütəllimov karyerası ərzində “Qəbələ” (2016 - 2018) və “Zirə” (2015/2016, 2017 - 2020) komandalarında da çıxış edib.