"Sabah" Azərbaycan millisinin üzvü ilə müqavilənin müddətini uzadıb
“Sabah” klubu futbolçusu Elvin Camalovla müqavilənin müddətini uzadıb.
Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni sözləşmənin müddəti 2024-cü ilin mayınadək nəzərdə tutulub.
Azərbaycan millisinin üzvü 2021-ci ilin iyulundan komandanın uğurları üçün çalışır. O, son mövsümdə “Sabah”ın heyətində 29 oyun keçirib.