"Sabah" daha bir futbolçu ilə vidalaşıb

“Sabah” klubu futbolçu Xulio Rodriqeslə vidalaşıb.

Sportline.az xəbər verir ki, paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xulio Rodriges 2020-ci ilin yanvarından “Sabah”da çıxış edirdi.

Qeyd edək ki, daha əvvəl klub Şpiro Periçiç və Slavik Alxasovla da vidalaşıb.