"Sabah" daha bir legionerlə vidalaşır
"Sabah" daha bir legionerlə yollarını ayırmağa hazırlaşır.
Sportline.az klubun saytına istinadla xəbər verir ki, Masazır klubu Kristian Sebalyos və Davit Volkovdan sonra Maruan Hadudiyə də yeni mövsüm üçün ehtiyac duymayıb.
Belə ki, mərakeşli müdafiəçinin müqavilə müddəti artırılmayacaq.
32 yaşlı mərkəz müdafiəçisinin müqavilə müddəti bu ayın sonunda başa çatacaq.
Halbuki, müqaviləyə əsasən klub onunla daha bir illik müqavilə imzalaya bilərdi.