APL: "Sumqayıt" "Qarabağ"a böyük hesabla uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında X tur başlanıb.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki oyun keçirilməli idi. Lakin “Sabah” – “Səbail” oyunu bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəkləri ilə əlaqədar təxirə salınıb. Oyunun yeni tarixi hələ açıqlanmır.

Günün yeganə görüşündə "Qarabağ"la "Sumqayıt" münasibətləri aydınlaşdırıb.

Azərbaycan Premyer Liqası

X tur

16:00. "Qarabağ" - "Sumqayıt" 6:1

Qol: Donald Gerye, 28, Abdulla Zubir, 33, Donald Gerye, 45+1, Toral Bayramov, 54, Mahir Emreli, 75, Tellur Mütəllimov, 87, Abdullah Zubir, 89
Hakimlər:
 İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".

Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün "Qəbələ" "Neftçi"ni, "Zirə" "Keşlə"ni qəbul edəcək.