"Neftçi" "Səbail"i məğlub etdi, "Sabah" "Turan Tovuz"u üstələdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə "Sabah" "Turan Tovuz"u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

Günün digər oyununda isə 15 xalla 2-ci pillədə yer alan "Neftçi" 5 xalla 7-ci sırada gedən "Səbail"in qonağı olacaq.

16 sentyabr

18:00. "Sabah" - "Turan Tovuz" 3:1
Qol: Davit Volkov, 15 (1:0), Coy Lens Mikels, 34 (2:0), Runi Eva, 81 (2:1), Elvin Camalov, 90+6-pen. (3:1)
Qırmızı vərəqə:
 Şakir Seyidov, 39-birbaşa qırmızı vərəqə ("Turan Tovuz")
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Bank Respublika Arena".

20:30. “Səbail” – “Neftçi” 0:2
Qol: Emin Mahmudov, 53, Gilyerme Pato, 83

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları baş tutacaq.

Banner