Sabiq "Arsenal"lı "Çelsi"yə transfer olacaq

"Sounthempton"un ingiltərəli kiperi Aaron Remzdeyl karyerasını "Çelsi"də davam etdirəcək.

Sportline.az "Daily Mirror"a istinadən xəbər verir ki, sabiq "Arsenal"lı futbolçu "Çelsi"yə keçmək niyyətindədir.

Remzdeylin transfer qiyməti 20 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, 26 yaşlı futbolçunun "Sounthempton"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.