Sabiq çempion ən yaxşı MMA döyüşçüsünün adını açıqladı

UFC-nin sabiq çempionu Jorj Sen-Pyer Aleks Volkanovskini qarışıq döyüş növləri üzrə ən yaxşı idmançı sayır.

Sportline.az BJ Penn nəşrinə istinadla xəbər verir ki, o, fikrini belə izah edib: "Volkanovskinin demək olar ki zəif cəhəti yoxdur. Mən konkret hansısa xüsusiyyətimlə fərqlənməmişəm. Amma, hər cəhətdən yaxşı təsir bağışlamağa çalışmışam. O, da eynilə mənim kimidir. Hazırkı döyüşçülər arasında Volkanovskini ən yaxşı hesab edirəm".

Qeyd edək ki, Aleks Volkanovski karyerası ərzində keçirdiyi 28 döyüşün 26-da qalib gəlib, ikisində isə məğlubiyyətlə barışıb.