Sabiq "Qarabağ"lı "Mançester Yunayted"in transfer siyahısında
"Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar"ın transfer siyahısında "Qarabağ"da da çıxış etmiş Asmir Beqoviç yer alıb. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Hazırda "Everton"da çıxış edən bosniyalı "əlcək sahibi" ikinci qapıçı kimi düşünülür.
Asmir Beqoviç 2019-cu ilin sentyabr ayından dekabradək icarə əsasında "Qarabağ"da oynayıb.