"Sağsağanlar" "Bavariya"nı get-gələ salıblar

"Bavariya" Kiran Tripyenin keçidini həll etməkdə çətinlik çəkir.

Sportline.az xəbər verir ki, münhenlilərin "Nyukasl"la danışıqları dalana dirənib.

"Sky Germany"nin yaydığı məlumata görə, ingiltərəlilər qarşı tərəfin ilkin təklifini geri çeviriblər.

"Nyukasl" cinah müdafiəçisini sadə icarəyə yox, ya, tam transfer, ya da, sonradan transfer etmək variantı ilə 13-14 milyon avroya satmaq niyyətindədirlər.

Qeyd edək ki, 33 yaşlı futbolçunun "sağsağanlar"la 2025-ci ilədək müqaviləsi var.