Saka "Arsenal"la yeni müqavilə bağladı

İngiltərənin "Arsenal" klubu Bukayo Saka ilə müqavilənin müddətini uzadıb.

Sportline.az "SKY Sports"a istinadən xəbər verir ki, yeni razılaşma 2027-ci ilin yayınadək davam edəcək.

Əvvəlki müqavilənin müddəti 2024-cü ilədək idi.

Qeyd edək ki, klubun akademiyasının yetirməsi olan Saka cari mövsümdə meydana çıxdığı 37 oyunda 13 qol və 11 məhsuldar ötürmə müəllifidir.