Saka millinin düşərgəsini tərk edib

"Arsenal"ın futbolçusu Bukayo Saka milinin düşərgəsini tərk edib.

Sportline.az xəbər verir ki, o, İngiltərə millisinin Finlandiya ilə oyununda meydana çıxa bilməyəcək.

Sakanın Yunanıstanla görüşdə aldığı zədənin ciddi olduğu aşkarlanıb.

Qeyd edək ki, forvard Millətlər Liqasının İngiltərə - Yunanıstan matçının (1-2) 52-ci dəqiqəsində zədə səbəbindən əvəzlənmişdi.

Əzələsindən xəsarət alan futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.