Salah Şirer və Anrinin göstəricisini təkrarlayıb

"Liverpul"un əsas qol silahlarından olan Mohamed Salah İngiltərə Premyer Liqasında unikal göstəricilərdən birini təkrarlayıb.

Sportline.az xəbər verir ki, misirli forvard məşhur futbol ulduzları Alan Şirer, Tyerri Anri və Robert van Persinin sırasına qoşulub.

Söhbət İPL-in son 100 oyununda 100 məhsuldar göstəricidən gedir.

O, meydana çıxdığı son 100 oyunda 62 qol və 38 asistlə komandasının uğurlarında pay sahibi olub. 

Qeyd edək ki, təcrübəli futbolçu 2017-ci ildən "Liverpul" komandasının şərəfini qoruyur.