Sanço "Bavariya" yolunda

"Mançester Yunayted"də işləri qaydasında getməyən Ceydon Sanço karyerasını Almaniya Bundeliqasında davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi Dortmund "Borussiya"sının formasını geyinə bilər.

Jurnalist Kristian Falkın yaydığı məlumata görə, onun yerinə Almaniya təmsilçisinin futbolçusu Doniel Malen İngiltərəyə yollanacaq.

Əks təqdirdə dortmundlular mançesterlilərə 30 milyon avro ödəməli olacaqlar. 

Xatırladaq ki, Sanço 2017-2021-ci illərdə "Borussiya"da oynayıb.