Gənc cüdoçularımızdan 5 medal

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə gənc cüdoçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

SportLine.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək çempion olub.

Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq) Sankt-Peterburqda bürünc medala layiq görülüb. 

Azərbaycan Cüdo Federasiyasının məlumatı