Sarri Rusiya klubunun təklifini qəbul etməyib
İşləri qaydasında getməyən Moskva "Spartak"ı çıxış yolunu baş məşqçi dəyişikliyində görür.
Sportline.az xəbər verir ki, Gilyermo Abaskalla yolları ayırmağa hazırlaşan moskvalılar ona əvəzedici axtarışındadırlar.
Paytaxt təmsilçisinin bu posta namizədləri sırasında Maurisio Sarri də olub.
Bu haqda rusiyalı jurnalist Maksim Nikitin məlumat verib.
Onun sözlərinə görə, təcrübəli mütəxəssis yayda "Milan"ı çalışdıracağını əsas gətirərək "Spartak"ın təklifini qəbul etməyib.