"Səbail" çempionatda 50-ci heç-heçəsini edib
“Səbail” Azərbaycan çempionatlarında 50-ci heç-heçəsini edib.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIV turunda gerçəkləşib.
228-ci matçına çıxan Bakı klubu “Araz-Naxçıvan”la qolsuz "sülh"ə imza atıb. “Səbail” evdə 27, səfərdə 23 bərabərliyə nail olub.
Qeyd edək ki, “Səbail”in ilk heç-heçəsi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la keçirilən səfər görüşünə təsadüf edib – 0:0.