"Səbail" I Divizion təmsilçisinə qalib gəlib
"Səbail” komandası qış fasiləsində ikinci yoxlama oyununu keçirib.
Sportline.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının debütantı I divizion təmsilçisi "Xəzər”i qəbul edib. "Bayıl Arena”da baş tutan matç Samir Əliyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Səbail”in qollarına yeni transfer Kərim Diniyev, Elman Taqayev və Vüqar Nadirov imza atıblar. "Xəzər”in heyətində isə Fərid Səmədzadə fərqlənib.