"Səbail"də daha bir ayrılıq
"Səbail"in vitse-kapitanı Adil Nağıyev komandadan ayrılıb.
Sportline.az xəbər verir ki, o, başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, A.Nağıyev 2019-cu ildən "Səbail"də çıxış edirdi.
Xatırladaq ki, "Səbail" ötən gün baş məşqçi Aftandil Hacıyevlə vidalaşdığını açıqlayıb.