"Səbail"də son durum
Mövsümü sonuncu pillədə bitirən "Səbail" heyətdə əsaslı dəyişikliklər edəcək.
Sportline.az xəbər verir ki, paytaxt klubu əvvəlcə legionerlərlə vidalaşmağı planlaşdırır.
Hücumçu Nikolas Raysel, yarımmüdafiəçi Dmitrius Şimkus və müdafiəçi Camal Araqo ilə yollar ayrılacaq.
Klubun vidalaşacağı futbolçuların tam siyahısı mayın 21-dən sonra açıqlanacaq.