"Səbail"də "yarpaq tökümü"
Növbəti mövsümə yeni heyətlə qatılmağı planlaşdıran "Səbail"i tərk edəcək futbolçular müəyyənləşib.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi heyətin 75-80 faizi ilə yolları ayıracaq. Legionerlərdən Nikolas Raysel, Dmitrius Şimkus, Camal Araqo, yerlilərdən isə Əfran İsmayılov, Rahid Əmirquliyev və Rauf Əliyevin növbəti mövsüm "Səbail"də oynamayacağı dəqiqdir. Onlarla yanaşı daha bir neçə futbolçunun da komandadan göndəriləcəyi gözlənilir.
Bayıl təmsilçisi hazırki heyətdən ilk növbədə Adil Nağıyevi saxlamaqda maraqlıdır. Hazırda onunla danışıqlar davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasını sonuncu yerdə başa vuracaq "Səbail"in növbəti mövsüm üçün büdcəsinin artırılacağı bildirilir.