"Səbail"in yeni baş məşqçisi müəyyənləşdi
"Səbail" klubunun yeni baş məşqçisi məlum olub.
Sportline.az xəbər verir ki,paytaxt təmsilçisi "Neftçi-2"yə rəhbərlik edən Mahmud Qurbanova tapşırılıb.
49 yaşlı mütəxəssis "ağ-qaralar"la müqaviləni qarşılıqlı razılıq əsasında pozduqdan sonra "dənizçilər"in sükanı arxasına keçəcək.
Qeyd edək ki, Mahmud Qurbanov "Səbail"də 3 gün öncə istefaya göndərilən Aftandil Hacıyevi əvəzləyəcək.