Seçmə komanda Koreya toplanışına yekun vurdu

Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan cüdo üzrə Azərbaycan milli komandası Cənubi Koreyanın İnçxon şəhərində təlim-məşq toplanışını başa vurub.

SportLine.az xəbər verir ki, yığma üzvləri baş məşqçi Ruslan Moşurenkonun rəhbərliyi altında Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Braziliya, İtaliya və digər ölkələrin cüdoçuları ilə birgə məşq keçiblər.

Milli bu gündən hazırlğı Yaponiyada davam etdirəcək. Komanda iyunun 21-də Vətənə dönəcək.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı 21 – 27 sentyabrda keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının məlumatı