Seçmə komandalarda yeni baş məşqçilər

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Federasiyadan Sportline.az-a verilən xəbərə görə, mərasimdə ağırlıqqaldırma üzrə yığma komandaların məşqçiləri də iştirak edib.

İclasda qəbul edilən qərarlara əsasən, ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin edilib.