Seçmə komandanın heyəti açıqlandı
Oktybarın 12-də Yaponiyanın paytaxtı Tokioda start götürəcək Karate 1 Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportline.az xəbər verir ki, üç gün davam edəcək turnirə yığmanın 12 üzvü qatılacaq. Kişilərin yarışında Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq) mübarizə aparacaq. Qadınlardan isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) qüvvəsini sınayacaq.
Roman Heydərov kata yarışında ölkəni təmsil edəcək.
Qeyd edək ki, bü gün Tokioya yola düşən Azərbaycan millisi oktyabr 16-da Bakıya dönəcək. Tokio mərhələsi mövsümün sonuncu – 7-ci Premyer Liqa turniridir. Bu, həm də noyabrda İspaniyada keçiriləcək dünya çempionatına yekun hazırlıq yarışıdır.