Seçməmiz Avropa çempionatında 5-ci oldu

Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə komandalar arasında Avropa çempionatı keçirilib.

SportLine.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 21 ölkənin mübarizə apardığı çempionatda Azərbaycan millisi də iştirak edib.

Qrup mərhələsində Polşaya qalib gələn yığma ikinci qarşılaşmasında Hollandiyaya məğlub olub. Rumıniya komandasına qalib gələn cüdo millimiz təsəlliverici görüşdə Avstriya yığmasını uduzub. 

Azərbaycan cüdoçuları bürünc medal uğrunda Rusiya səddini keçə bilməyib. Almaniyanın birinci, Hollandiyanın ikinci, Rusiya və Ukraynanın üçüncü olduğu çempionatı yığma komanda beşinci yerdə başa vurub.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı milli komandanın aparıcı üzvləri bu turnidə iştirak etməyiblər.