Seçməmizin Türkiyə ilə oyununun vaxtı və məkanı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə yığması ilə keçirəcəyi yoxlama oyunun yeri və saatı müəyyənləşib.

Sportline.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iyunun 17-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız iyunun 20-də Bakıda Qırğızıstanla yoxlama matçında üz-üzə gələcək.

Banner