Sənan Abdullayev: "Azərbaycan kubokunun finalına 4 minə yaxın bilet satılıb"
İyunun 3-də "Neftçi" və "Qəbələ" arasında keçiriləcək Azərbaycan Kubokunun final matçına satılan biletlərin sayı müəyyənləşib.
Sportline.az saytına açıqlama verən Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev böyük həyəcanla gözlənilən oyuna 4 minə yaxın biletin satıldığını bildirib.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.