Seneqallı futbolçunun yeni komandası məlum olub
"Qalatasaray" və Seneqal millisinin sabiq oyunçusu Badu Ndiaye karyerasını "Qaziantep" FK-da davam etdirəcək.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Ötən mövsümü "Pendikspor"da keçirən təcrübəli futbolçu 22 oyunda 1 qol vurub.
Daha əvvəl Türkiyə karyerasında "Osmanlıspor", "Trabzonspor", "Fatih Karagümrük" və "Adana Demirspor"un formasını geyinən Ndiaye 2018-2019 mövsümündə "Qalatasaray"la Super Liqanın qalibi olub.
Qeyd edək ki, o, Seneqal millisinin heyətində 32 oyuna çıxıb.