Sentyabrın ən yaxşı baş məşqçisi
İngiltərə Premyer Liqasında sentyabın ən yaxşı baş məşqçisi açıqlanıb.
Sportline.az xəbər verir ki, bu nominasiyada "Çelsi"nin çalışdırıcısı Enso Mareska bütün rəqiblərini qabaqlayıb.
Bu haqda İPL-in rəsmi səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, "zadəganlar" italiyalı mütəxəssisin rəhbərliyi ilə ötən ay 3 qələbə qazanıb.
Bir oyunda isə "Çelsi" meydandan 1 xalla ayrılıb.