Serbiyalı mütəxəssis karyerasını Rusiyada davam etdirə bilər

Serbiyalı mütəxəssis karyerasını Rusiyada davam etdirə bilər

Sportline.az xəbər verir ki, “Jelezniçar’ın sabiq çalışdırıcısı Nenad Miyaloviç bildirib ki, karyerasını Rusiya davam etdirmək onun birinci variantdır.O,özünü qardaş ölkədə sınamaq istədiyini etiraf edib.

Materatingsə verdiyi müsahibədə Miyaloviç “”Jelezniçar”dan ayrıldıqdan sonra Serbiyadan gələn 2 təklifi rədd etmişəm.Uzun müddətdir ki, rus dilimi təkminləşdirirəm.Əlbəttə, Rusiya mənim üçün birinci variantdır.Özümü orada sınamaq və karyeramı bu dost ölkədə davam etdirmək istəyirəm” fikirərini səsləndirib.

Qeyd edək ki, Miyaloviç 2023-cü ilin oktyabr ayından 2024-ün martına kimi Bosniya klubuna rəhbərlik edib.Onun başçılığı altında 17 oyuna çıxan “Jelezniçar” 5 qələbə, 3 heç heçə, 9 məğlubiyyət yaşayıb.