Sərdar Azmun Rusiyaya qayıdır

Leverkuzen "Bayer"inin hücumçusu Sərdar Azmun Rusiyaya qayıda bilər.

Sportline.az Kicker nəşrinə istinadla xəbər verir ki, iranlı futbolçunun yenidən "Zenit"in formasını geyinəcəyi gözlənilir.

Leverkuzenlilər onun satışından 10 milyon avro əldə etmək niyyətindədirlər.

Qeyd edək ki, Azmun ötən il Snkt-Peterburq klubundan "Bayer"ə transfer olunmuşdu.

Son mövsümdə bütün turnirlərdə 33 oyuna çıxan türkmən əsilli futbolçu 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub.