Serxio "Mançester Siti"də

"Mançester Siti" "Anderlext"in müdafiəçisi  Serxio Qomesi transfer edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni klubunda 21 nömrəli forma ilə çıxış edəcək. "Sky Sports"un məlumatına görə , transfer üçün 11 milyon funt sterlinq ödənilib.

Qeyd edək ki, S.Qomes ötən mövsüm “Anderlext”in heyətində 49 oyuna çıxıb, 7 qol vurub və 12 qolun ötürməsini verib.