Ronaldo Ramosu Ərəbistana dəvət edib
Bu yaxınlarda "Sevilya"dan ayrılan müdafiəçi Serxio Ramosun karyerasını davam etdirmək üçün bir neçə variantı var. Futbolçu ilə Türkiyə, Amerika və Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Qalatasaray" klubu 38 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Amma maliyyə baxımından futbolçuya ən sərfəli təklif Səudiyyə Ərəbistanından gəlib. "Əl-Nassr" ispaniyalıya müqavilə təklif edir. Ər-Riyad klubunun yeni idman direktoru Fernando Hierro və onun "Real Madrid"dəki komanda yoldaşı Kriştiano Ronaldo Ramosu komandaya dəvət edirlər.
Lakin 38 yaşlı müdafiəçinin ailəsi ABŞ-a köçməyə meyllidir. Ramos bir neçə MLS klubundan da təklif alıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi ötən mövsüm "Sevilya" ilə çıxdığı 37 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ramos 4 qat Çempionlar Liqasının qalibidir.