Səudiyyə Ərəbistanı Liqasında mövsümə yekun vurulub
Səudiyyə Ərəbistanı Pro Liqasında 2023/2024 mövsümü başa çatıb.
Sportlne.az xəbər verir ki, 34 oyundan sonra 96 xal toplayan "Əl Hilal" mövsümü çempion tamamlayıb.
"Əl Nəssr" 82 xalla turnir cədvəlinin 2-ci, "Əl Əhli' isə 65 xalla 3-cü pilləsində qərarlaşıb.
Hər üç komanda növbəti mövsüm Asiya Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcəklər.
Liqanı 59 xalla 4-cü sırada bitirən "Əl-Taun" isə AFC Cup-da mübarizə aparacaq.
Son 3 sıranı tutan "Abha", "Əl Taee" və "Əl Hazem" komandaları əsas liqanı tərk ediblər.
Qeyd edək ki, Pro Liqada mövsümün bombardiri 35 qolla "Əl Nəssr"in hücumçusu Kristiano Ronaldo olub.