"Sevilya" - "Roma": Düşərgələrdə son durum

Bu gün UEFA Avropa Liqası turnirinin qalibi müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək oyun gərgin mübarizə vəd edir. Statistika ispaniyalıların tərəfindədir. Turnirin rekordçusu olan “Sevilya” “Roma” ilə bundan əvvəlki 6 görüşün hamısında qələbə qazanıb.

Komandaların heyətində itkilər var. “Sevilya”da Korona, Geye zədə səbəbindən Markos Akunya isə cəza üzündən komandasına kömək edə bilməyəcək. “Roma”da isə Kumbulla zədəli olduğundan Jose Mourinyonun ixtiyarında olmayacaq. Dibala və Karsdorpun meydana çıxacağı isə sual altındadır.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu ingiltərəli Entoni Teylor idarə edəcək.