"Sevilya"nın çempionluğu "Qalatasaray"a 1 milyon avro qazandırdı
"Sevilya"nın Avropa Liqasının qalibi olması "Qalatasaray"a 1 milyon avro qazandırıb.
Sportline.az xəbər verir ki, mövsümün əvvəlində "Qalatasaray"dan "Sevilya"ya transfer olan 26 yaşlı müdafiəçinin müqaviləsində bonusla bağlı bəndə görə İspaniya klubu Türkiyə təmsilçisinə 1 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Roma"nı finalda penaltilər seriyasında məğlub edən "Sevilya"nın futbolçusu Markao 120+8-ci dəqiqədə meydana daxil olub.