Şahmatçılarımızın Avropa çempionatında növbəti partiyaları

Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında komandalararası Avropa çempionatında növbəti partiyalar oynanılıb.

Sportline.az xəbər verir ki, 5-ci turda kişilərdən ibarət şahmat millimiz Xorvatiya ilə heç-heçə edib - 2:2. Qadın şahmatçlarımız isə İtaliyaya qalib gəlib - 2.5:1.5.

KİŞİLƏR

Xorvatiya - Azərbaycan - 2:2

İvan Sariç - Arkadiy Naydiç - 0.5:0.5
Marin Bosioçiç - Rauf Məmmədov - 0.5:0.5
Xrvoe Steviç - Qədir Hüseynov 0.5:0.5
Ante Brkiç - Eltac Səfərli - 0.5:0.5

QADINLAR

İtaliya - Azərbaycan - 1.5:2.5

Marina Brunello - Günay Mammədzadə - 0.5:0.5
Olqa Zimina - Xanım Balacayeva - 1:0
Elena Sedina - Ülviyyə Fətəliyeva - 0:1
Daniela Movilianu - Gülnar Məmmədova - 0:1

Qeyd edək ki, kişi şahmatçılarımız hazırda 6-cı, qadınlar ibarət yığmamız isə 3-cü pillədə qərarlaşıb.