Şahmatçımız dünya ikincisidir

Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlılar arasında şahmat üzrə dünya birinciliyi keçirilib. 

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb. 

Digər təmsilçilərimiz Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan şahmatçıları 18 yaşlılar arasında sonuncu dəfə 2013-cü ildə medal əldə edib. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutub.