Şahruddin: "Atamdan çox qorxurdum"

"Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına müsahibəsilə gündəmə gəlib

Sportline.az xəbər verir ki, "Championat" nəşrinə açıqlama verən futbolçumuz Moskvadakı gənclik illərindən danışıb:

"Gecə klublarına getmək işim deyildi. Komandadakı uşaqlar siqaret çəkir, içki içirdilər, amma mən atamdan çox qorxurdum. Dağıstanda işləyirdi və məni Moskvaya öyrənməyə, inkişaf etməyə göndərmişdi. Xalam və dayım çox kömək oldular. İki il onlarla yaşadım. Sonra valideynlərim Mahaçqaladakı evi satdılar və mənə yaxın olmaq üçün Moskvadan ev aldılar. Qafqazdan olan insanlar üçün burada iş tapmaq çətin idi və atam bir neçə mərhələdən keçməli oldu. O, öz sahəsinin mütəxəssisi idi və buna görə müsahibələri daha rahat keçdi".

Şahruddin Rusiyada "Torpedo", "Stroqino" və "Anji"nin gənclərdən ibarət komandalarında çıxış edib. 2013-cü ildə Azərbaycana gələn qolkiper burada "Şahdağ" və "Sumqayıt"da forma geyindikdən sonra 2016-cı ildə "Qarabağ"a keçib.

Banner