"Şalke" 30 oyundan sonra qələbə qazandı
"Şalke" Almaniya Bundesliqasında növbəti oyuna çıxıb.
Sportline.az xəbər verir ki, komanda 15-ci turda "Hoffenhaym"ı qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
"Şalke" - "Hoffenhaym" - 4:0
Qollar: Hoppe, 42, 57, 63, Harit, 80
Beləliklə, "Şalke"nin Bundesliqada 30 oyunluq qalibiyyətsizlik seriyası başa çatıb. Komanda bundan əvvəl sonunu dəfə ötən ilin yanvarında Münhenqladbax "Borussiya"sına 2:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bu qələbə sayəsində "Şalke" sonuncu pillədən qurtularaq, 17-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 33 xalla "Bavariya" başçılıq edir. "Leyptsiq" 31 xalla 2-ci, "Bayer" 29 xalla 3-cüdür.