"Şalke" baş məşqçisini istefaya göndərdi
"Şalke" baş məşqçisi Frank Krameri istefaya göndərib.
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanın Bundesliqada uğursuz çıxışı səbəbindən bu addım atılıb.
Qeyd edək ki, Kramer bu ilin iyulunda "Şalke"nin baş məşqisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 15 oyun keçirib, 2 qələbə qazanıb, 10 dəfə uduzub.
Əlavə edək ki, "Şalke" Bundesliqanın turnir cədvəlində 18 komanda arasında 6 xalla 17-ci pillədə qərarlaşıb.