"Şalke" qələbə üzünə həsrət qalıb

Almaniya Bundesliqasının 6-cı turunda “Şalke” “Ştutqart”ı qəbul edib.

Sportline.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən matçın ilk hissəsində hesab açılıb.

Yarım saatın tamamında meydan sahiblərindən Malik Tşau fərqlənib. Fasiləyədək başqa qol olmayıb. İkinci yarı minimal hesablı üstünlüklə başlayan “Şalke” futbolçuları 56-cı dəqiqədə məyus olublar. Qonaqların argentinalı futbolçusu Nikolas Qonzales penaltini dəqiq yerinə yetirib. 1-1. Qalan vaxtda komandalar çox çalışsalar da, hesabı dəyişə bilməyiblər. “Şalke” 2 xalla autsayderlər qrupundadır. 9 xalı olan “Ştutqart” 4-cü pilləyə yüksəlib.