"Şalke"də yeni baş məşqçi

"Şalke"nin yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Tomas Rays təyin olunub. Müqavilənin detalları açıqlanmayıb. O, istefaya göndərilən Frank Krameri əvəzləyib.

Qeyd edək ki, "Şalke" Bundesliqada 6 xalla sonuncu-18-ci pillədə qərarlaşıb.